Yükleniyor...

ŞEMSEDDİN YEŞİL'S LIBRARY

LIBRARY OF CENTURY

Languages

About

Muhammed Şemseddin Yeşil Kütübhanesi.

Muhammed Şemseddin Yeşil Kütübhanesi’nin kuruluş senesi 1932 yıllarına dayanmaktadır. Gayesi; haftalık çıkardığı dergisi İslamiyet Gazetesi ile bu necip Türk kavmine hizmet olup ömrünü bu yolda vakfetmiştir. Hali hazırda 150’nin eseriyle bu hizmeti bu kütübhanede devam etmektedir.

Ahlâk Nedir?

İnsanı Allah'ın huzuruna ne çıkarır?

Ahlâk Nedir, 10. Konferans

Ebediyyetle irtibat tedarik etmedikçe, ahlak putesinde erimedikçe katiyyen hür ve müstakil olamaz. Yalnız mügakatalı hürriyet mevhumuna esir olur. Ahlâk insanı mügalatalı hürriyet mevhumuna esir olmaktan kurtaran şeyin adına denir.

Müsavat Nedir, 20. Konferans

Akl-ı selimin kabul ettiği müsavat gönül müsavatı. "Camide" der Peygamber "bir adam daima bir köşeyi kendisine ihda edip de hep orda otursa Namazlarında kerahat vardır" der. "Çünkü orada bir hiss-i tefahür yapmıştır. Arayan beni burda bulsun diyerekten bir köşe tayin etmiştir. Böyle şey olmaz" der. Gördün mü müsavatı?

Mahrumlar, 30. Konferans

Bir pir-i nuşenden ruhun sâfâsını iste. Dünya perestlerin sohbetinden kaç. Onlar asrın en büyük alakasıyla olsalar, nefis ehli olduklarından, kendi benliklerinden sâfâ-i hakikiyi bulamamışlardır..

Eserler

Ebedi istikbalini kurtarmak isteyen herkese tavsiye edilir
M. ŞEMSEDDİN YEŞİL KİMDİR?

Bismilləhirrahmənirrahim

Bu ali şəxs haqqında məlumat toplarkən lütf edib mənə də müraciət etdilər. Həyatımda bu aciz bəndədən istənən ən çətin vəzifə ...
Qətrədən Dəryanı soruşmaq ...
Məna üfüqündə doğulub könül aləmlərini işıqlandıraraq, yenə məna üfüqündə qürub edən bu şəxsləri tanımaq və tanıtdırmaq, yenə özlərinə xas bir qabiliyyətdir. Bizim onlar haqqında bildiklərimiz isə öz qədərimizcədir. Babalarımız, ''Qızılın qiymətini sərraf, insanın qiymətini insan bilər'' demişlər. Bundan sonra mənim söyləyəcəklərim yenə o şəxsin dərslərindən bir nümunədə deyildiyi kimi ''Yeyilmiş meyvələrin qurumuş qabıqlarından duyulan qoxulardan ibarətdir.''
Məhəmməd Şəmsəddin Yaşıl Əfəndi Həzrətlərinin 7 cildlik “FÜYUZAT” adlı Quran təfsirinin başındakı ''İNSAN və QUR'AN'' yazısı, özünü tanımaq istəyənlər üçün yetərli bir tərifdir.
*****
O böyük şəxsin anası çox böyük bir xanım olan Hənifə xanım, doğumunu bu cümlələrlə izah edir:
'' Hamiləliyim müddətincə arxamda sağ tərəfimdə tərtəmiz ağ paltarlı bir şəxsin daimi nəzarətində idim. Başımı çevirirkən çiyininin və ağ paltarının bir hissəsini görürdüm.
Hicri 1322 ildə məhərrəmin 10-cu günü səhər saat 10 radələrində oğlum Məhəmməd Şəmsəddin dünyaya gəldi. Daha sonrakı günlərdə, nə zaman oğlumun beşiyini yelləmək üzrə yanına gəlsəm beşiyin yelləndiyini görərdim, halbuki evdə tək idim. Bir gün həyat yoldaşımla birlikdə, yer süfrəsində yemək yeyərkən otağımızın qapısında bir şəxs göründü. Paltarından, hamiləliyim müddətincə arxamda olan şəxs olduğunu anladım. Yoldaşımla mən donub qaldıq. O şəxs beşiyə doğru getdi, uzun müddət oğlumuzun üzünə baxdı və dönüb qapıdan çıxdı. Daha sonra, mənəviyat aləmindən xəbərdar olan həyat yoldaşım, gördüyümüz bu şəxsin Əbdülqadir Geylani Həzrətləri olduğunu söylədi.''
Mən bunu şəxsən o mübarək xanımın ağzından dinlədim.
Bir gün, Bəyazıd Səhəflər bazarında 8-ci No'də o şəxsin kitabxanasında idim. Özü böyük, əsmər, Şamlı kimi bir kağız çıxardı və masanın üstünə açdı. Bu bir şəcərə idi. Həyat yoldaşım Adnan Salman və indi xatırlıya bilmədiyim bir neçə yoldaş var idi. Özünün Əbdülqadir Geylani nəslindən gəldiyini sübut edən bu şəcərəni, mübarək barmağı ilə işârələyərək, babalarının adlarını göstərdi.
II. Sultan Murad zamanında Şərqdən gələn əcdadı, bu gün Gərədə yaxınlığındakı Ümmü Kamal təkyəsində yatmaqdadır. Təkkəyə və o bölgəyə adını verən o şəxsə ''Kamillik anası və ya yetkin adam'' mənasına gələn ''Ümmü Kamal'' ləqəbi xalq tərəfindən verilmiş. Səfərə gedərkən, Gərədə yaxınlığında fasilə verən Yavuz Sultan Səlim bu şəxsin adını eşitmiş özünü dəvət etmiş, söhbət etmiş, hörmət göstərmişdir. Şübhəçi insanlara məxsus bir sifətlə marağı üstün gələrək, bu şəxsin böyüklüyünü sınama həvəsinə qapılmışdır. Deyilənə görə, lələsiylə gizlicə razılaşıb heç kimə sezdirmədən gecə lələsinin ölmüş olduğu xəbərini yayıb, o şəxsi cənazə namazına çağırtdırmışdır.Namaz qıldırmaq üçün tabutun başına keçən Ümmü Kamal Həzrətləri birdən birə arxasındakı padşaha dönüb: “Padşahım, ölü adam niyyətinəmi, diri adam niyyətinəmi? '' Dedikdə, padşah təəccüblə: “Təbii ki, ölü adam niyyətinə” deyir. Namaz qılınıb bitdikdə və tabut açıldıqda, Lələnin ölmüş olduğu görülür; beləcə padşaha və orada olanlara Allah dostlarıyla zarafat etməyin nə demək oldugunun dərsini verir.
Beləliklə kökü bəşəriyyətin Fəxri-əbədîsi Hz. Məhəmməd əleyhissalatu vəssəlama uzanan bu mübarək ağacın meyvəsi Məhəmməd Şəmsəddin Yaşıl Həzrətləri, yarım əsr fasiləsiz, bəhanəsiz Həzrəti Məhəmməd (s.a.v)`in məhəbbətini könüllərə aşılamışdır. Onun gətirdiyi kitabı, bənzərsiz bir bəlağətlə bəyan etmişdir. Bu yolda nə cəfalara, nə əziyyətlərə dözmüşdür. Aləmi Cəmala təşrif edəcəyi son aylarda şəkər və ürək xəstəliyinin ən böhranlı dövründə səndələyərək, ayaqları titrəyərək mənəvi vəzifəsini davam edərkən, yaxın dostu olan həkimlərin “İntihar etməkmi istəyirsiniz əfəndim!'' deyən baxışlarına, o, mübarək kürsüsündən təbəssüm edərək:'' Anlayıram, içinizdən sizin vəziyətinizdə olan bir xəstə, nəinki kürsüyə çıxmaq, yatağında belə tərpənməməsi lazımdır deyirsiniz, amma mən hesabını bilən adamam, Haqq və həqiqəti bəyan etmədən illərlə yaşamaqdansa, Haqq və həqiqəti bəyan edərək bir saat yaşamağı üstün tuturam- deyərək, gəliş səbəbini və vəzifəsinin əzəmətini bildirmişdir.
Yenə eyni həkimlərin özü üçün çox daha faydalı və yaxşı olacağı inancı ilə xəstəxanada yatması lazım olduğu təkidlərini qırmayıb, “Çox yaxşı, bir ay da xəstəxanada yataq baxaq'' deyib, bir ayın sonunda Ali Cəddlərinə qovuşmuşdur.
13 yaşında “Kursi-Məhəmmədi”yə çıxıb əlli il muqəddəs nəfəsi, və tay- bərabəri olmayan əsərləri, insanlığı işıqlandırmışdır. 1947-ci ilin 20 Fevralında çıxarmağa başladığı'' Həqiqət yolu'' məcmuəsində, daha sonra da 1948-ci il 22 Martda nəşrinə başladığı'' İslamiyət'' qəzetində uzun müddət İslam dininin əzəmətini nümayiş etdirdi və yüzdən cox bənzərsiz əsər qoyaraq Hz. Məhəmməd (s.ə.v.)`in yaşadığı qədər (63) il bu aləmdə qalıb 1322 ildə İstanbul üfüqündə doğan bu həqiqət günəşi 12 rəbiülaxir 1389, (8 iyul 1968) bazar ertəsi günü arxasında minlərlə məhzün könül buraxıb, yenə İstanbul üfüqündə qürub etdi . Türbəsi İstanbul, Silivriqapı qəbirsanlığında Peyğəmbərimizin mübarək nəvəsi Seyid Nizam Həzrətlərinin məscid və türbəsinə gedən yolun solundadır.
***
Möhtərəm ataları Hüseyn Əfəndi Həzrətləri Samatya yaxınlığında Agâhamam mövqeyində Xâtuniyə Məscidinin imamı alim, fazil bir şəxs imiş, vəfat etdikdə möhtərəm xanımı Hənifə xanım, 12 yaşında oğlu Məhəmməd Şəmsəddin və 7 yaşlı qızı Əminə Məqbulə Nüzhət tək qalmışlar.
İstiqlal müharibəsi ərəfələrində, yoxsulluğun millətimizin üzərinə çökdüyü o günlərdə, ataları xəstə yatağında ikən, çörəyin belə tapıla bilmədiyi vaxtlarda bu böyük şəxs məktəb çantasına ləbləbi paketlərini doldurub, daha imkanlı olan zabit uşaqlarına, onları bir dilim çörək qarşılığında verib, hər gün evə bir bag çörək gətirir. Atası vəfat etdiyində ticarətdən bir ev alacaq qədər pul yığdığını şəxsən özündən duymuştum. 8-10 yaşlarında, ailəsinin maddi yükünü və həyatı boyunca insanların mənəvi yükünü öz boynuna götürən bu şəxs, atasının vəfatından sonra 13 yaşında Xatuniyə Məscidinə imam olur. Bu ilk vəzifəsini boynuna götürdüyü Xâtuniyə Məscidinin tarixcəsinin möhtərəm bacısı Nüzhet Xanım-əfəndi belə izah etdilər:'' İstanbulun Samatya Agâhamam səmtində, əl əməyi göz nuru ilə dolanışığını təmin edən və savab etməyi sevən saraya mənsub bir xanım məscidə bəxşiş edir. O şəxs; “Xahiş edirəm bəxşişi geri alın, mən tikdirdiyim məscidin xeyrinə heç kimin şərik olmasını istəmirəm "deyincə, xanım, "Bir şərtlə geri alaram ki, mənim üçündə bir məscid tikdirərsiniz" deyir. Xanım o gecə yuxusunda, belə görür: Biri ona; "Sən niyə başqasına müraciət edirsən, bağçanın küncündə qızıl basdırılıb, onu çıxar bir məscid inşa etdir" deyər. Bu məscid o xanım tərəfindən tikdirilmiş və Xâtuniyə məscidi adını almışdır. Bu möhtərəm xanım da eyni torpaq sahəsinin bir küncündə dəfn edilmişdir. Birinci Dünya Müharibəsinin əvvəlində, xarici qüvvələrin təhriki ilə bəzi xristianlar Samatya səmtində bir basqın təşkil edib bir çox vətəndaşımızı qətl etdiyi vaxtda Hüseyn Əfəndi Həzrətləri bu hadisədən bir neçə gün əvvəl yuxusunda bu xanımı görür: "Bu həftə sən camiyə getmə" deyir, beləcə o qətli-amdan xilas olur. Təəssüf ki, bu qiymətli məscid, sonradan bəzi qədirbilməz şəxslər tərəfindən uçurulmuşdur. "
Atasının vəfatından sonra imamət başladığında, 70-80 yaşlı xocalar, bu yaşda uşağın arxasında namaz qılınarmı, qılınmazmı, deyə münaqişə etmişlər. Nəticədə salahiyətli məqam sahibləri "Elmi qabiliyyəti varsa qılınar"- deyə qərar alınmışdır. Beləliklə 13 yaşında kürsiyi-Məhəmmədiyə çıxan bu şəxs, yarım əsr İstanbulun məşhur məscidlərində vəzifəsinə davam etmişdir.
Osmanlı ənənəsinə görə 4 yaş 4 aylıq ikən, Bismillah mərasimi ilə Qurani Kərimə başlayıb 5 yaşda xətm etdikdən sonra Kocamustafapaşa və Davudpaşada ilk və orta təhsilini tamamlayıb zamanının ilahiyyat fakültəsi, islam hüququ və arxitektura təhsilini də almışdır.
Vaxtaşarı siyasi məqsədyönlü insanlarar tərəfindən məcbur edilmiş, həmkarları tərəfindən həsədə məruz qalmış, zülmə mə`ruz qalmış lakin heç bir güc onu bu ilahi vəzifəni yerinə yetirməkdən ayırmamışdır.
Müqəddəs nəfəsi ölü qəlbləri dirildərkən, qələminin nuru hərtərəfli bənzərsiz əsərlər meydana gətirmişdir. Dünyada heç bir insan və heç bir əsər qalmasa, yer üzündə həyat yenidən başlasa, Onun əsərləri insanlıq aləminə Məhəmməd (s.a.v) in əsrini yenidən yaşatmağa qadirdir. “Kəramətləri vardırmı”- deyə mənə soruşdular. Mən də deyərəm ki, o şəxsin özü möcüzədir. Məşhur övliya xanım Rabiətül-Ədəviyyə haqqında özündən bir hekayə dinləmişdim:
"Bir gün Dəclə çayı kənarında, eyni dövrün məşhur vəlisi Həsən Bəsri, tənha bir yerdə, səccadəsini çaya sərib üzərində oturur, onu görən Hz. Rabiə da hicabı alıb üstünə oturur, bərabərcə Dəclənin qarşı sahilinə keçəndə, Hz. Rabiə: "Həsən! Bu etdiyimiz nədir ki guya sənin altında çaydakı balıq səndən sürətli gedir və sənə gülürdü, mənim üstümdəki ağcaqanad isə, məndən sürətli uçur və mənə gülürdü. Sən kəramət göstərmək istəyirsənsə mənə meyvəni göstər, neçə qəlbi iman nuru ilə işıqlandırdın, neçə qəlbə Allah sevgisini qoydun?"-deyir.
Bəli, o şəxsdən bu mənqəbəni eşitdikdən və özünün minlərlə könlü, Hz. Məhəmmədin eşqi ilə aydınlatdığını gördükdən və onun Külliyyat ını tanıdıqdan sonra başqa hansı kəramətindən bəhs etmək olar ki? Məsələn, Onun "Hz. Məhəmməd əleyhissalatu vəssalam" adlı əsəri bütün İslam dünyasındakı fitnələri qaldırmağa və bütün məzhəb ixtilaflarını həll etməyə yetərlidir. Umûmun anladığı mənada, bir çox kəramətinidə gördüm. Özləri zərurət olmadıqca kəramət göstərməyi sevmədikləri üçün, onları deməkdən həya edirəm. O müqəddəs xidmətində, Rəbbinə susayan ürəklərə bol-bol mərifət və məhəbbət şərabını təqdim edərkən; əcdadının əzəli düşməni olan şəcərəyi xəbîsəyə, zamanın Yezidinə də lazım olan dərsi vermişdir. Hər zamanın böyüklərinə edildiyi kimi, cahil və həsədçi şəxslər tərəfindən, əlindən imamlıq vəsiqəsi alındıqdan sonra, bu ilahi vəzifəni 17 il də "Yüksək Əxlaq Dərnəyi"ndə "Əxlaq dərsləri" adı ilə davam etdirmiş, bu gün də bu bənzərsiz konfranslar eyni yerdə, fənnin xidməti ilə, maqnitofon vasitəsi ilə davam edir. Bunu söylədikdən sonra, özlərinin ara-sıra oxuduqları çox gözəl bir şeirin bir beytini yazmadan keçə bilməyəcəyəm:
"Süxənvərin əsəri bir həyati-sanidir.
Gedərsə, dari-fənadan yenə sədası gəlir. "
Bu qeyri-adi həyatın bir tərəfi də bəyan etdiyi mənanın qayda larına uyğun mükəmməl bir tacir olmasıdır. Böyük babası Əbdülqadir Geylani Həzrətləri kimi zəngin bir şəxs idi və mənəvi vəzifəsini icra edərkən müqabilində ödəniş qəbul etməzdi.
Ali Cəddi Məhəmməd (s.a.v) in surətində olan bu şəxsin çox əhəmiyyətli bir xüsusiyyəti də, surətinin belə o ali şəxsiyyətə bənzəməsidir. O şəxsin özünü görmə şərəfinə nail olan və Peyğəmbərin (s.a.v) vəsfini bilənlər, bunu şəksiz- şübhəsiz təsdiq edərlər.
Mənim bu aciz ifadəmin yanında rəhmətlik böyük şair Muhyiddin Raif bəyin o şəxs haqqında yazdığı şeir, onun qeyri-adi vəsfinin bir aynasıdır.
"Çoxmudur təkdiskarın olsa hər zərrəm, sənin
Siyretindir Sireti- Peyğəmbəri axirzaman."
Xülasə, o bir insani kamildir, Burhanullahdır (Allahın dəlilidir).
***
Heç bir siyasi partiyaya mənsub olmasa da daim sağ cinahı dəstəkləyərdi. 1946-cı ildə mərhum Nuri Dəmirağın təkidi ilə Milli İnkişaf Partiyasından, 1950 seçkilərində də Demokrat Partiyadan müstəqil olaraq namizədliyini qoysa da, məqsədi əməldə, siyasətə iştirak deyil, seçki təbliğatları zamanı radiodan bir neçə cümlə ilə də olsa millətinə Haqqın səsini duyurmaq idi Yenə radioda Koreya şəhidlərinə oxunan mövlud başda olmaq üzrə bir neçə Mövlud duasını etdiyi zaman, Anadolunun ən ucqar guşələrindən Qərbi Trakyaya qədər türkün ruhundakı iman dənizini elə çoşdurmuştur ki, o duaları dinliyənlər hələ də unutmazlar.
Siyasət adamlarımızın, tarixi və xüsusilə Türk tarixini çox yaxşı bilmələri lazım olduğunu tez-tez təkrarlayar, siyasi liderlərimizin müvəffəqiyyətlərindən qürur duyar, xətalarınıda narahatlıqla izləyərdi. Rəhmətlik Adnan Menderesi "Türkiyə bir müsəlman dövlətidir və müsəlman qalacaq, Müsəlmanlığın bütün vəzifələri yerinə yetiriləcək" sözündən ötəri çox sevmiş və həzin aqibətinə də çox üzülmüşdü. İslamiyyət qəzetinin 151-ci. sayında, "Adnan Menderes" başlıqlı yazısı, ürəyi olanlara bir ......hədiyədir.
İslama olan düşmənçilik və təcavüzü hər an təqib edər, dərhal zərbəni endirərdi. Məsələn: Yakovasın; "Nurlu üfüqlərə" adlı əsərində, müsəlmanlığa, Fatih Sultan Məhmədə və türklüyə yönəltdiyi həyasızca sayıqlamalara “İslamiyyət” qəzetində, "Metropolide cavab" adı altındakı yazılarında (daha sonra kitab olaraq çap edilmişdir) elə pərişan etmişdi ki, bir gün İstanbul bazarının hörmətli tüccarlarından Yorgo Çilingiroğlu gəldi və xahiş etdi: "Əfəndim, şəxsiyətinizə sonsuz hörmətim var, biləsiniz, buna görə xristian topluluğu məni sizə elçi olaraq göndərdi. “İslamiyyət” qəzeti”ndəki “Keşişə cavab" adlı yazınızı artıq kəsmənizi xahiş edirlər .. "Uşaqlarımız dinlərini tərk edir”-deyirlər."
O şəxs cavab olaraq, "Hörmətli Çilingiroğlu, bu istəyiniz mənim özümə aid istək olsaydı, dərhal qəbul edərdim. Amma bu iş Allahın və Onun Peyğəmbərinin hüququnun müdafiəsidir, bunu edə bilmərəm" dedi.
Eyni gün Yüksək Əxlaq Dərnəyində o şəxsin çıxışını ağlayaraq dinləyən Yorgo Çilingiroğlu gedərkən əlini öpdü: "Əfəndi həzrətləri, indiyə qədər Çilingiroğlunu kimsə ağlada bilmədi, siz ağlatdınız" dedi.
Və yenə 1951-ci ildə “Vətən” qəzetinin sahibi Əhməd Əmin Yalman, nəşr etdiyi bir yazısında "İslam qəzeti zəhər saçır" deyir. O mübarək zatın 2 Aprel 1951 tarixində İslamiyyətin 155-ci sayında çıxan cavab yazısından kiçik bir hissəsi, insanlara catdırmaq istəyirəm:
"Tarixin ən qədim əfəndisi olan nəcib türkün qanı ilə suvarılan o mübarək torpaqları; bir zamanlar erməni Respublikasına peşkəş edən və Əhməd Əmin Yalman adına bürünən yaman, bizim yazılarımıza zəhər deyib. Nə qədər doğru, həyatında heç bir zaman bu qədər doğru söz deməmişdir desək səhv etmiş olmarıq. Bizim yazılarımız torpağa həyat verən Aprel yağışına bənzər, o yagış, torpaq ilə qovuşduğu zaman müşahidə edənlərə tam fərqli bir təcəlli olar. Və o yağış, sədəfin ağzına düşsə inci, ilanın ağzına düşsə zəhər olar. Bəli, bizim yazılarımız Hz. İnsanın qulağına düşər onun qulağının zəmzəmi olar, könül torpağını sularsa, o qəlb əslini tapmaq eşqıyle çırpınar, bütün yaranmışlara qarşı da rəhmətlə döyünər. Həmçinin yazı və sözlərimiz, günəşin nuruna düşmən, yarasa quşu təbiətli, Həqiqət Günəşi Məhəmmədiyyəyə qarşı çıxmağa çalışan qara ruhlu şəxslərin qulağına axdığı vaxt küfrünü artırır, necə ki yazıq Yalmana da bu yazılar zəhər gəlmişdir ... "
Bu hadisədən sonra Əhməd Əmin Yalmanın: "Jurnalistika həyatımda tək bir kimsə kürəyimi yerə gətirdi, o da təəssüf ki, bir din adamı" dediyini deyirlər.
"İnsanın axmaq dostu olmaqdansa ağıllı düşməni olsun" deyərlər. Eynilə Əhməd Əmin Yalman, qərbdən müsəlman olmaq və ya müsəlmanlıq haqqında məlumat əldə etmək istəyən bir şəxsə təsadüf etsə "Bu barədə tək orqan vardır o da Şəmsəddin Yaşıl Xocadır, ona gedin" deyərmiş. Bəli, Şəmsəddin Yaşıl Əfəndinin hüzurunda 49 qeyri-müslim İslamı seçmişdir. Bunlardan birinin hekayəsi belədir:
Almaniyada mühəndislik təhsili alan bir türk gənci xristian bir alman qızı ilə evlənir. İmanlı gənc, xanımının da müsəlman olmasını arzu edər. İslamı təlqin üçün bir çox yerlərə aparsa da qızcığaz heç cür tətmin olmaz. Nəhayət biri "Siz Şəmsəddin Yaşıl Əfəndi Həzrətlərinə gedin" deyincə o şəxsə gəlirlər. Xristian qız "Əfəndim, 25 ildir ki, Hz.İsanın məhəbbətini könlümdə daşıyıram, bir an da onu necə silib ata bilərəm" deyərək ağlayınca, o şəxs, "Qızım, sənə İslamı səhv tanıtmışlar. Hz.İsanın məhəbbətini könlündən atacaqsan deyə bir şey yoxdur, müsəlman olduqdan sonra Hz.İsanı daha yaxşı tanıyacaqsan. Bütün peyğəmbərləri təsdiq etmədən, sevmədən heç kim müsəlman ola bilməz "deyərək və islamın bir çox incəliklərini onlara izah edərək böyük bir hüzur və zövq ilə müsəlman olmasını təmin edir.
O mübarək həyatın, ən əhəmiyyətli hadisələrdən biri də budur:
Boğaziçi məscidlərinin birində, bir vəz əsnasında onu dinləyən Allaha şərik qoşan bir keşiş danışıq bitincə əllərinə sarılaraq: "Əfəndim, sizdən 15 dəqiqəlik bir görüş xahiş edirəm" deyir və bu görüşmələrində özünün ərəbcəni çox yaxşı bildiyini, Qurani Kərimi tədqiq etdiyini, bütün İslam aləmini gəzib ən məşhur üləma ilə görüşdüyünü, Qurani Kərimdə bir mövzu haqqında heç kimdən qaneedici cavab ala bilmədiyini ifadə etdikdən sonra "Zati alinizi dinlərkən içimdən bir səs bu çətinliyimi ancaq sizin həll edə biləcəyinizi söylədi"- deyir . O şəxs, "buyurun soruşun" deyincə, "Qurani Kərimdə Cənabi-Haqq bir ayədə," əmanəti əhlindən qeyrinə verməyin "deyə əmr edir və İslamın Peyğəmbəri də "Əmanəti əhlindən qeyrisinə versəniz Qiyaməti gözləyin" buyurur. Və sonra başqa bir ayədə (Əhzab - 72) Cənabi-Haqq: "Allah əmanəti bütün mövcudata ərz etdi, hüququnu yerinə gətirə bilmərik” deyə onu yüklənməkdən çəkindilər və onu insan yükləndi. Çünki o çox zalım və çox cahil idi"- deyir. Allah, Allah olduğu halda necə olar ki, əmanətini çox zalım və çox cahil olana təslim edər? "
İndi, bu suala o şəxsin verdiyi cavabı yenə öz əsərindən nəql edək: "Buradakı zülm, mədh edilmiş zülmdür, ədalətin müqabili olan zülm deyil, cəhl də məqbul cəhldir, elmin müqabili olan cahillik deyil. O insan ki nəfsinin qüvvətli zalımı oldu, Haqq və həqiqətdən qeyrisinin də cahili oldu, əmanəti almaq hüququna malik oldu. Demək olar ki ilahi əmanətə; nəfslərin xeyrini ayağının altına alan, Haqq və həqiqətdən başqasına cahil olan insanda var. Onun üçün əmanəti qəlb daşıyır, çünki qəlb Haqqın nəzərgahıdır. Qəlb sahibi olanda ancaq Hz. İnsandır ..
Bunun üzərinə o Allaha şərik qoşan keşiş, aldığı cavabdan çox məmnun: "Əfəndim, övladınız yoxdur?" deyincə o şəxs "Hələ evli deyiləm" deyir. "Xeyr, onu demək istəmədim, sizin kimi şəxslərin uşağı ətdən, qandan olmaz, əsəriniz yox mu? demək istədim. Bu elmi birlikdə aparacaqsınız, bəşəriyyətin istifadəsinə təqdim etməyəcəkmisiniz? "deyir və əsərlərin yazılmasına səbəb olur.
Bu fani aləmdən, əbədiyyət aləminə köçdüyü zaman, bizlərə möhtərəm xanımları Fikrət xanımı və Hüseyn Əzan adında ədəb, vəfa, və fəzilət timsalı bir övlad qoumuş və o mübarək zâtdan da bu gün Məhəmməd Şəmsəddin, Əli Mübarək və Əhməd Səccad adlarında oglan övladları ilə Fatimə Nur Hadra adında bir qız övladı dünyaya gəlmişdir.
Xanədanı- Əhli-Beyti-Mustafanı sevməyən
Əsfəli- süfliyyətə nadan gələr, nadan gedər.
Allah bizləri Onun Peyğəmbərindən və Peyğəmbərin övladlarından ayırmasın.
Amin
Ümran Salman
1995-Yanvar / İstanbul

Haber Almak için

İletişim Bilgilerimiz

istekleriniz ve önerileriniz için bizimle iletişime geçebilirsiniz

Adres: Beyazıt Sahaflar Çarşısı No: 8

Telefon No: +90 212 527 6674

EMail: info@semseddinyesilkutubhanesi.com